...

Qadının kartından 50 min manat oğurlandı: DİN vətəndaşlara müraciət etdi

Cəmiyyət Materials 3 Avqust 2024 11:16 (UTC +04:00)
Qadının kartından 50 min manat oğurlandı: DİN vətəndaşlara müraciət etdi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Diqqətsizlik, ehtiyatsızlıq, yalana inam 50 min manatın oğurlanması ilə nəticələnib.

Trend xəbər verir ki, bu sözləri DİN-in Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev deyib.

O bildirib ki, investiya adı ilə bank kartı məlumatlarını naməlum şəxsə verən xanımı inandırıblar ki, az yatırım etməklə daha çox qazanc əldə edə bilər.

"Danışıqlar Qazaxıstan nömrəsi ilə aparılıb. Bu, yeganə fakt deyil. Avqustun 2-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla – 9050, 504, 1527, 1000, 1000, 2436, 100, 1000, 535, 27, 80, 1000, 101, 2800, 230, 460 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.

Vətəndaşlara çağırış edirik ki, kiber məkanda sxemlər tez-tez dəyişir, lakin prinsiplər dəyişmir. Naməlum şəxslərdən daxil olan şübhəli zəngləri, mesajları açmayın, danışmayın, yazışmayın. Hesabınıza kimsə pul köçürmək istəyirsə, bank kartınızın 16 rəqəmindən əlavə məlumatları verməyin, əks halda pul vəsaitinizi itirəcəksiniz"- deyə idarə rəisi qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti