...

DSX rəisi Firad Əliyevi təltif etdi (FOTO)

Cəmiyyət Materials 16 Avqust 2024 18:37 (UTC +04:00)
DSX rəisi Firad Əliyevi təltif etdi (FOTO)
Təhməz Əsədov
Təhməz Əsədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev Azərbaycan Respublikası Sərhəd Qoşunlarının Yaranması Günü münasibətilə Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyevi təltif edib.

Trend xəbər verir ki, F.Əliyevə “Azərbaycan sərhəd mühafizəsinin 105 illik yubileyi münasibəti ilə” medalı təqdim olunub.

Xatırladaq ki, bir müddət əvvəl Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənov da Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə Firad Əliyevi "Hərbi Əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı ilə təltif etmişdi.

Məlumat üçün qeyd edək ki, Firad Əliyev Bakı Dövlət Universitetinin hüquq fakültəsinin bakalavr təhsil pilləsini 2002-ci, magistr təhsil pilləsini isə 2004-cü ildə fərqlənmə diplomları ilə bitirib. O, 2005-ci ildən prokurorluq orqanlarında qulluq keçir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti