Bakı. Trend:
Azərbaycanın Əməkdar jurnalisti Nair Əliyev vəfat edib.
Trend xəbər verir ki, bununla bağlı Medianın İnkişafı Agentliyi paylaşım edib.
"Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin rəhbərliyi və kollektivi əməkdar jurnalist Nair Əliyevin vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!", - deyə o qeyd edib.