...

Cəzaçəkmə müəssisəsinə psixotrop maddə keçirilməsinin qarşısı alındı

Cəmiyyət Materials 30 Avqust 2024 12:39 (UTC +04:00)
Cəzaçəkmə müəssisəsinə psixotrop maddə keçirilməsinin qarşısı alındı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı cəzaçəkmə müəssisəsinə psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb.

Trend xəbər verir ki, bu barədə PX-dən bildirilib.

Məlumata görə, məhkum Orxan Akif oğlu Azayevlə görüşə gəlmiş anasının üzərinə baxış keçirilən zaman ümumi çəkisi 2,290 qram müxtəlif növ psixotrop maddələr aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir daha vətəndaşların diqqətinə çatdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti