...

Paytaxtın bu rayonlarında qaz olmayacaq - XƏBƏRDARLIQ

Cəmiyyət Materials 10 Sentyabr 2024 09:30 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün (10.09.2024-cü il) saat 10:00-dan etibarən Xəzər rayonunun Binə qəsəbəsində qaz xəttinin torpaq səthindən hündürlüyə qaldırılması və Bakavtomat ərazisində qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğv edilməsi, həmçinin saat 09:00-dan "Bahar” QTM-dən “Suraxanı” QTM-ə gedən qaz kəmərində yeni çəkilmiş yol keçidinin birləşmə işlərinin aparılması məqsədi ilə qaz təchizatı dayandırılacaq.

"Azəriqaz"dan Trend-ə verilən məlumata görə, təmir işləri aparılan müddətdə Xəzər rayonu üzrə Binə qəsəbəsinin Gürcüstanlılar məhləsinin, Kanal üstü, Bakavtamat və Pekarnı yolu adlanan ərazilərin, həmçinin Suraxanı rayonu üzrə isə Bahar və Dədə Qorqud yaşayış massivlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti