...

“Naftalan” Kurort Birliyinə aid olan “Azərbaycan” sanatoriyasında 145 yerlik yeni yataqxana binası yaxın vaxtlarda istifadəyə veriləcək

Cəmiyyət Materials 15 Sentyabr 2024 01:02 (UTC +04:00)
“Naftalan” Kurort Birliyinə aid olan “Azərbaycan” sanatoriyasında 145 yerlik yeni yataqxana binası yaxın vaxtlarda istifadəyə veriləcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Sahib Məmmədov və Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov Naftalan şəhərində yerləşən AHİK-ə məxsus sanatoriyalar və obyektlərdə aparılan işləri yerindəcə nəzərdən keçiriblər.

Trend xəbər verir ki, səfər çərçivəsində ilk olaraq Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, xatirəsinə ehtiram olaraq abidə önünə gül dəstələri qoyulub.

Daha sonra Sahib Məmmədov və Vüqar Novruzov “Azərbaycan” sanatoriyasına baş çəkiblər. Burada aparılan təmir-tikinti işləri ilə tanış olan AHİK sədri, 145 yerlik ikimərtəbəli yataqxana binasının və Naftalan vannası ilə müalicə mərkəzinin yaxın zamanda istifadəyə veriləcəyini bildirib. Müasir standartlara uyğun təchizatla təmin ediləcək sanatoriyada ittifaq üzvlərinə yüksək səviyyəli xidmət göstərilməsi planlaşdırılır. Göstərilən xidmətlərdə qabaqcıl beynəlxalq təcrübənin tətbiqi, sanatoriyanın idarəetməsində müasir metodların istifadə olunacağı vurğulanıb.

Bundan əlavə, sanatoriyanın ərazisinin yaşıllaşdırılacağı, yerli sakinlərin məşğulluğunun təmin olunacağı, müxtəlif ağac və dekorativ bitkilərin əkiləcəyi qeyd edilib.

Sahib Məmmədov həmçinin yarımçıq tikili vəziyyətində olan “Ana-uşaq” sanatoriyası, mehmanxana, poliklinika və digər obyektlərdə də işlərin vəziyyəti ilə maraqlanıb, avtomobil parkı və qazanxananın vəziyyətini dəyərləndirib. Goranboy rayonunda yerləşən AHİK-in Təmir-tikinti idarəsinin inzibati binasına da baş çəkən AHİK sədri görülən işlər barədə təlimatlar verib.

Xəbər lenti

Xəbər lenti