...

İlin ikinci Ay tutulması başlayıb

Cəmiyyət Materials 18 Sentyabr 2024 04:43 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Reüns

2024-cü ilin ikinci Ay tutulması başlayıb.

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından Trend-ə verilən məlumata görə, qismən Ay tutulması Bakı vaxtı ilə saat 04:41-də başlayıb və saat 08:47-də sona çatacaq. Tutulmanın maksimumu saat 06:44-də baş verəcək. Saat 06:12-də qismən tutulma başlayacaq və saat 07:15-də sona çatacaq. Saat 04:41-də yarımkölgəli tutulma başlayacaq və saat 08:47-də sona çatacaq.

2024-cü ilin ikinci Ay tutulmasını Şimali və Cənubi Amerika, Antarktida, Afrika, Avropa, Qərbi Asiya və Rusiyanın cənub-qərbi daxil olmaqla, Ayın üfüqün üstündə olduğu istənilən yerdən müşahidə etmək mümkündür.

Azərbaycan ərazisində saat 04:41-dən 06:19-dək yarımkölgəli Ay tutulması müşahidə ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti