...

Moskva Dövlət Universitetinin Bakı filialı vakansiyalar elan edib

Cəmiyyət Materials 19 Sentyabr 2024 11:14 (UTC +04:00)

Bakı. Trend:

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı vakansiyalar elan edib.

Vakansiyaları təqdim edirik:

Psixologiya, Riyaziyyat, Filologiya, Fizika fakültələri üzrə dekan müavinləri

İş barədə məlumat:

  • Tədris-tərbiyə və elmi işlərin gedişinə rəhbərlik edir;
  • Tədris prosesinə, tələbələrin ixtisas üzrə təcrübəsinə, tədrisin keyfiyyətinə nəzarət edir;
  • müəllimlərin tədris məşğələlərində iştirak edir və onlara metodiki köməklik göstərir;
  • semestr imtahanlarının keçirilməsində iştirak edir;
  • Kafedralarda elmi-tədqiqat işlərinin müzakirə olunmasına və təhvil verilməsinə nəzarət edir;
  • Dekanlıqda, kafedralarda tədris prosesi ilə bağlı işlərin təşkilini təmin edir;
  • Tələbələrin tədris, tərbiyə və elmi fəaliyyətini istiqamətləndirir.

İş qrafiki : 6 günlük

• İş saatları: Həftə içi 09:00-dan 17:00-dək; Şənbə günü 09:00-15:00

• Əmək haqqı müsahibə əsasında təyin olunacaq.

Namizədə aid tələblər:

• Profilə uyğun baza təhsili;

  • Elmi dərəcə və elmi ad;
  • 3 il elmi-pedaqoji staj;
  • MS Office ( sərbəst işləmə bacarığı );
  • Azərbaycan və rus dillərini bilməsi zəruridir.

Vakansiya ilə maraqlanan şəxslər azərbaycan və ya rus dilində şəkilli CV-lərini məktubun mövzusuna müraciət edəcəyi vəzifənin adını qeyd etməklə [email protected] mail ünvanına 20.10.2024-cü il tarixinədək göndərə bilərlər.

KOMENDANT

İş barədə məlumat:

  • Yataqxanada tələbə və müəllimlərin qeydiyyatı, otaqlara yerləşdirilməsi;
  • Tələbə və müəllimlər ilə əlaqələrin qurulması, yaranan problemləri vaxtında və keyfiyyətlə həll etmək;
  • Yataqxana ərazisində yerləşən su, qaz, istilik, elektrik enerjisinin daimi fasiləsiz çatdırılmasına nəzarəti təmin etmək;
  • Xidməti fəaliyyət üzrə sənədləşmə işlərini daim nəzarətdə saxlamaq;
  • Lazım olan inventar, məişət xidməti əşyaları alınması üçün müvafiq şöbələrə müraciət, köməkçi işçilərə verilmiş malların müvafiq əməliyyat uçotunu aparmaq;
  • Yataqxana işçilərinin iş qrafiklərini tərtib etmək;
  • Təhlükəsizlik tədbirləri, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarını bilmək və təmin etmək;
  • Rəhbərliyin əmrləri, qərar və göstərişlərini icra etmək;
  • Ona həvalə edilmiş əmlakın təhlükəsizliyinə cavabdeh olmaq.

• İş saatları: Həftə içi 09:00-dan 17:00-dək; Şənbə günü 09:00-15:00

• Əmək haqqı müsahibə əsasında təyin olunacaq.

Namizədə aid tələblər:

• Ali, orta və ya orta-ixtisas təhsili

MS Office ( sərbəst işləmə bacarığı )

• Azərbaycan və rus dillərini bilməsi zəruridir.

• Dəqiq, aktiv, çevik və işinə qarşı məsuliyyətli olmalı

Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-lərini məktubun mövzu hissəsinə “Komendant” qeyd etməklə [email protected] mail ünvanına 20.10.2024-cü il tarixinədək göndərə bilərlər.

KADRLAR ÜZRƏ MÜTƏXƏSSİS

İş barədə məlumat:

● Əmək qanunvericliliyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, əmək müqavilələrinin hazırlanması;

● İşçilərin şəxsi işlərinin qaydaya salınmasına və dəyişikliklərin müntəzəm olaraq qeydiyyatının aparılması;

● Əmək kitabçalarının qeydiyyatının aparılması;

● Məzuniyyət və ezamiyyətlərin sənədləşdirilməsi;

● Əməkdaşların məlumatlarının elektron sistemləşdirilməsi;

● Müvafiq vakansiyaların yazılması və elan edilməsi;

• İş qrafiki : 6 günlük

• İş saatları: Həftə içi 09:00-dan 17:00-dək; Şənbə günü 09:00-15:00

• Əmək haqqı müsahibə əsasında təyin olunacaq.

Namizədə aid tələblər:

• Bakalavr və ya Magistr təhsili;

• MS Office və 1 C proqramı;

• Azərbaycan və rus dillərini bilməsi zəruridir.

• Dəqiq, aktiv, çevik və işinə qarşı məsuliyyətli olmalıdır.

Qeyd: Təhsil sahəsində çalışanlara üstünlük veriləcəkdir.

Vakansiya ilə maraqlanan şəxslər azərbaycan və ya rus dilində şəkilli CV-lərini məktubun mövzu hissəsinə “Kadrlar üzrə mütəxəssis” qeyd etməklə [email protected] mail ünvanına 20.10.2024-cü il tarixinədək göndərə bilərlər.

ANBARDAR

İş barədə məlumat:

  • Malların qəbulunun planlaşdırılması;
  • Anbara daxil olan malların qəbulu, uçotu və çıxarılması işlərini yerinə yetirməsi;
  • Anbardaxili əməliyyatların gündəlik uçotunun təşkili;
  • Mal-materialların inventar üzrə qeydiyyatını aparmaq;
  • Anbarlarda olan malların standartlara uyğun yığım və düzülüş qaydalarına nəzarət etmək;
  • Anbar qalıqlarının qeydiyyatını aparmaq ;
  • Anbarda məhsulları çeşid və kateqoriya üzrə düzgün qaydada sənədləşdirərək qeydiyyata almaq.

İş qrafiki : 6 günlük

  • İş saatları: Həftə içi 09:00-dan 17:00-dək; Şənbə günü 09:00-15:00
  • Əmək haqqı müsahibə əsasında təyin olunacaq.

Namizədə aid tələblər:

• Bakalavr və ya Magistr təhsili;

• MS Office və 1 C proqramı;

• Azərbaycan və rus dillərini bilməsi zəruridir.

• Dəqiq, aktiv, çevik və işinə qarşı məsuliyyətli olmalıdır.

Vakansiya ilə maraqlanan şəxslər azərbaycan və ya rus dilində şəkilli CV-lərinizi məktubun mövzu hissəsinə “Anbardar” qeyd edərək [email protected] mail ünvanına 20.10.2024-cü il tarixinədək göndərə bilərlər.

Xəbər lenti

Xəbər lenti