...

Güclü geomaqnit qasırğası olacaq

Cəmiyyət Materials 4 Oktyabr 2024 13:49 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Günəşdə aktiv oblastlarda baş verən güclü alışmalar hesabına oktyabrın 5-6-da Yerdə güclü geomaqnit qasırğası baş verəcək.

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Trend-ə verilən məlumata görə, Günəş aktivliyinin artması hesabına M sinif (R1-R2-minor-radiodalğaların yayılmasını zəif əngəlləyə bilən) alışmaların, eyni zamanda X(R3-güclü) alışmaların olacağı proqnozlaşdırılır. Bu gün 4 oktyabr gündüz saat 12 radələrindən başlayaraq 6 oktyabr da daxil olmaqla Yerin geoomaqnit sahəsində qasırğalar müşahidə olunacaq. 5-6 oktyabr tarixlərində günün əksər hissəsində baş verəcək geomaqnit qasırğalar G3(güclü) səviyyədə baş verəcək.

6 oktyabrdan etibarən geomaqnit qasırğasınln zəifləyəcəyi, fon səviyyəsinə düşəcəyi proqnozlaşdırılır.

Xəbər lenti

Xəbər lenti