...

Şahdağın yüksəkliklərinə qar yağıb - FAKTİKİ HAVA (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 12 Oktyabr 2024 16:45 (UTC +04:00)
Şahdağın yüksəkliklərinə qar yağıb - FAKTİKİ HAVA (ƏLAVƏ OLUNUB)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur.

Bu barədə Trend-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, oktyabrın 12-si saat 15:00-a olan məlumatına əsasən Naxçıvan, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Balakən, Oğuz ,Qəbələ, Zaqatala, Şəki, Qax , İsmayıllı, Altıagac, Quba, Xınalıq, Xaltan, Yevlax, Şabran, Cəfərxan, Göyçay, İmişli, Neftçala, Sabirabad, Şirvan, Mingəçevirdə, Bakıda və Abşeron yarımadasında şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Şahdağın 3000 metr yüksəkliklərinə qar yağıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 20, Naxçıvan MR-da və Aran rayonlarında 25, dağlıq rayonlarda 16 dərəcəyədək isti qeydə alınıb.

xxx

10:58

Oktyabrın 12-si saat 10:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, oktyabrın 12-si saat 10:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Qubada 4 mm, Qax (Sarıbaş), Gədəbəydə 3 mm, Şabran, Balakəndə 2 mm, Daşkəsən, Xaltan, Zaqatala, Şəki, İsmayıllı, Şəmkir, Cəfərxan, İmişli, Lənkəran, Gəncə, Goranboy, Ceyrançöl, Ağdam, Qusar, Şahdağ, Şahbuzda 1 mm olub.

Sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi arabir Daşkəsəndə 23 m/s, Culfada 17 m/s-dək güclənib.

Lerik, Qrız, Xaltan, Quba, Qusar, Qobustan, Şamaxı, Altıağac, Balakən, Şəki, Şəmkir, Naftalan, Göygöl, Daşkəsən, Gəncədə duman müşahidə olunub.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 22, Naxçıvan MR-da 31, Aran rayonlarında 26, dağlıq rayonlarda 24 dərəcəyədək isti qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti