...

Bakıda yağıntıda fasilə yaranıb - FAKTİKİ HAVA

Cəmiyyət Materials 7 Dekabr 2024 10:41 (UTC +04:00)
Bakıda yağıntıda fasilə yaranıb - FAKTİKİ HAVA
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda və Abşeron yarımadasında dekabrın 7-si saat 10:00-a olan məlumatına əsasən arabir yağış yağıb.

Bu barədə Trend-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, düşən yağıntının miqdarı 3 mm-dək olub. Hazırda Bakıda və Abşeron yarımadasında yağıntıda fasilə yaranıb.

"Lakin bu gün, 7-si axşam saatlarından 9-u axşamadək yenidən Bakıda və Abşeron yarımadasının bəzi yerlərində fasilələrlə yağış yağacağı, yarımadanın ayrı-ayrı yerlərində leysan xarakterli olacağı gözlənilir. Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçib", - deyə əlavə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti