...

Polis Oğuzda 8 kiloqram narkotik vasitə aşkarlayıb (FOTO\VİDEO)

Cəmiyyət Materials 8 Fevral 2025 11:48 (UTC +04:00)
Polis Oğuzda 8 kiloqram narkotik vasitə aşkarlayıb (FOTO\VİDEO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən şəxslərə qarşı növbəti əməliyyat keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, həyata keçirilən tədbirlərlə Mehdi Dadaşzadə, Xəyal Kazımzadə və Əfsun Əliyev saxlanılıb.

Bildirilib ki, onlardan 7 kiloqram marixuana və 1 kiloqram 350 qram heroin aşkar olunub. Saxlanılan şəxslər narkotiklərin satışını təşkil etməyi planlaşdırıblar.

Faktla bağlı cinayət işi başlanılıb, hər üç şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti