...

Bu ildən müəllimlərə elektron jurnalları mobil telefondan doldurma imkanı yaradılacaq

Cəmiyyət Materials 15 Fevral 2025 11:21 (UTC +04:00)
Bu ildən müəllimlərə elektron jurnalları mobil telefondan doldurma imkanı yaradılacaq
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Bu ildən müəllimlərə elektron jurnalları mobil telefondan doldurma imkanı verəcəyik.

Trend xəbər verir ki, bunu bu gün Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin idarə rəisi Vüsal Xanlarov "Gənc müəllimlərin IV şəbəkələşmə Forum”unda çıxışı zamanı deyib.

O bildirib ki, 2 il ərizndə 500 məktəbdə tətbiq edilən elektron jurnallar hər il təkminləşdirilir.

"Bu ildən müəllimlərə elektron jurnalları mobil telefondan doldurma imkanı verəcəyik. Həmin mobil versiya internet olmadan da işləyə biləcək. Bu da müəllimlərə imkan verəcək ki, elektron jurnallar daha rahat doldurulsun", - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti