Bakı. Trend:
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli
hüquq mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərlərinin
iştirakı ilə Xaçmaz şəhərində növbəti səyyar qəbulunu keçirib.
Xaçmaz şəhər 5 tam nömrəli məktəbdə keçirilən səyyar qəbulda Xaçmaz
şəhəri və ətraf yaşayış massivlərinin sakinləri iştirak edib.
Qəbuldan əvvəl şəhid Bəybala Rəsulovun büstü önünə gül-çiçək dəstələri düzülüb, şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Sakinlər əvvəlki səyyar qəbullarda qaldırılan bəzi məsələlərin həlli bağlı görülən işlərə görə təşəkkürlərini bildirib, həmçinin elektrik naqillərinin yenilənməsi, istismara yararsız qaz xəttlərinin dəyişdirilməsi, daxili yolların təmiri və digər müraciətlər səsləndiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev sakinlərin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.
Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.