...

Azərbaycan və Türkiyənin media sahəsində strateji əməkdaşlığı həqiqətlərin daha geniş auditoriyalara çatdırılmasına əvəzolunmaz töhfələr verib - Əhməd İsmayılov

Cəmiyyət Materials 19 Fevral 2025 11:06 (UTC +04:00)
Azərbaycan və Türkiyənin media sahəsində strateji əməkdaşlığı həqiqətlərin daha geniş auditoriyalara çatdırılmasına əvəzolunmaz töhfələr verib - Əhməd İsmayılov
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Türkiyənin media sahəsində strateji əməkdaşlığı həqiqətlərin daha geniş auditoriyalara çatdırılmasına əvəzolunmaz töhfələr verib.

Trend xəbər verir ki, bunu bu gün Bakıda keçirilən Türkiyə və Azərbaycan Media Platformasının dəyirmi masasında Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov deyib.

Əhməd İsmayılov bildirib ki,Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın güclü siyasi iradəsinin nəticəsində ölkələrimiz arasında daha da möhkəmlənmiş qardaşlıq münasibətləri və regionumuzun inkişafına ciddi töhfə verən intensiv əlaqələr media sahəsi də daxil olmaqla bütün sahələrə öz dinamik təsirlərini göstərməkdədir.

"Media sahəsi ilə əlaqədar imzalanan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumu beş il ərzində iki qardaş ölkənin media sahəsində əməkdaşlığının inkişafı, media subyektləri arasında bilik və təcrübə mübadiləsi, informasiya mübadiləsinin genişləndirilməsi və birgə layihələrin uğurla həyata keçirilməsi üçün möhkəm bir zəmin yaradıb.

Azərbaycan və Türkiyə arasında media sahəsində qurulan bu strateji əməkdaşlıq yalnız iki ölkənin informasiya məkanını zənginləşdirməklə kifayətlənməyib, eyni zamanda regionda və dünyada səsləndirdiyimiz həqiqətlərin daha geniş auditoriyalara çatdırılmasına da əvəzolunmaz töhfələr verib.

Bu beş il ərzində hər iki ölkənin media subyektləri bir sıra birgə layihələr həyata keçirib, peşəkar kadrların hazırlanması üçün təlimlər təşkil edilib və informasiya təhlükəsizliyi sahəsində əməkdaşlıq genişləndirilib. Bütün bunlar göstərir ki, media sahəsində qarşılıqlı əlaqələrin inkişaf etdirilməsinə töhfə vermək məqsədi daşıyan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun imzalanmasından sonra iki ölkə arasında media sahəsi ilə əlaqəli əməli fəaliyyətlər daha genişmiqyaslı şəkildə davam etdirilmiş və hər iki tərəf müxtəlif yeni təcrübələr əldə edib”, - o qeyd edib.

Əhməd İsmayılov əməkdaşlığın gələcək illərdə yeni layihələr və təşəbbüslərlə daha da zənginləşəcəyinə əminliyini ifadə edib.

“İki ölkənin media sahəsinə məsul qurumları arasında bilik və təcrübə mübadiləsi, birgə layihələrin həyata keçirilməsi və informasiya təhlükəsizliyinin təmin edilməsi kimi məsələlərdə əməkdaşlıq imkanları daha da genişləndiriləcək.

Bu əlamətdar hadisə münasibətlə, uğurlu əməkdaşlığımızın təşəkkülündə və inkişafında əməyi keçən hər kəsə təşəkkürümü bildirir və inanıram ki, növbəti illərdə Azərbaycan və Türkiyə media subyektləri və nümayəndələri arasında qardaşlıq əlaqələri daha da möhkəmlənəcəkdir”, - deyə icraçı direktor bildirib.

Xəbər lenti

Xəbər lenti