...

Azərbaycan könüllülərinin iştirakı ilə “Xocalı 33 il” fləşmobu keçirilib (FOTO)

Cəmiyyət Materials 26 Fevral 2025 14:56 (UTC +04:00)
Azərbaycan könüllülərinin iştirakı ilə “Xocalı 33 il” fləşmobu keçirilib (FOTO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının Gənclər Fondu, Dənizkənarı Bulvar İdarəsinin dəstəyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş “Xocalı 33 il” adlı fləşmob həyata keçirilib.

Trend xəbər verir ki, fləşmobda 500 nəfər Azərbaycan Könüllüsü fəal iştirak edib. Fləşmobun keçirilməsində əsas məqsəd Xocalı soyqırımının unudulmaması, dünya ictimaiyyətinə bu soyqırım həqiqətlərinin çatdırılması və Xocalı qurbanlarının əziz xatirəsinin anılmasıdır.

Fləşmob zamanı Azərbaycan Könüllülərinin iştirakı ilə “Badam çiçəyi” – “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının simvolu canlandırılıb. Onlar "Xocalıya ədalət!" şüarını səsləndirərək, faciənin beynəlxalq səviyyədə tanıdılması və ədalətin bərqərar olunması üçün çağırış ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti