Bakı. Trend:
Azərbaycanda təhsilin inkişafı ilə bağlı artıq 7 ildir ki, biz Bərdə Peşə Liseyi ilə əməkdaşlıq göstəririk. Bu gün mən qürurla deyə bilərəm ki, biz qarşımıza qoyduğumuz hədəfləri yerinə yetirmişik və məktəb çox uğurla fəaliyyətini davam etdirir. Həmçinin Azərbaycanla təhsil sektorunda yeni əməkdaşlıq imkanlarını nəzərdən keçiririk.
Bu sözləri Trend-ə açıqlamasında "Jarva County Vocational Training Centre" rəhbəri Rein Oselin deyib.
O, Estoniya təhsilinin keyfiyyətinin çox yüksək olduğunu və bu sferada dünyada yuxarı reytinqli ölkələr sırasında olduğunu bildirib:
"Dünya dəyişir və yeni çətinliklər və həllər ortaya çıxır. Burada iqlim problemlərini, iqtisadiyyat, siyasət, süni intellekt məsələlərini qeyd edə bilərik. Bu dəyişikliklər özlüyündə yeni maneələr, çətinliklər yaradır. Bu problemlər xüsusilə təhsil sistemində özünü daha çox büruzə verir. Çünki təhsil gələcəkdə insanların yiyələnəcəyi bacarıqlara təsir edir. Məsələn, Estoniya peşə təhsili sahəsində islahat aparıb və 3 illik proqram əvəzinə 4 illik proqram tərtib etdik. Nəticədə təhsil alanların rəqəmsal bacarıqları daha da artdı. Bu o deməkdir ki, bütün şagirdlərimiz dəyişən gələcəyə daha da yaxşı hazır olacaq, rəqabət qabiliyyəti artacaq".