Bakı. Trend:
Xaçmaz Rayon İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirilib.
Trend xəbər verir ki, bu barədə İcra Hakimiyyəti məlumat yayıb.
Bildirilib ki, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, idarə, müəssisə və təşkilat rəhbərlərinin eləcədə yerli icra nümayədənlərinin iştirakı ilə vətəndaşların müraciət və təkliflərini dinləyib.
Qəbulda əvvəlcədən müraciət edən sakinlər iştirak edib.
Müraciətlər işlə təmin olunma, tibbi xidmət, yolların təmiri və torpaq sahəsinin sənədləşdirilməsinə köməklik göstərilməsi ilə bağlı olub.
Bəzi müraciətlər yerindəcə öz həllini tapıb. Araşdırılması vacib olan məsələlər isə müvafiq qurumlara yönləndirilib.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev vətəndaşların şikayət və təklifləri ilə bağlı qəbulda iştirak edən məsul şəxslərlə müzakirələr aparıb və qaldırılan məsələlərin nəzarətə götürülməsi barədə tapşırıqlar verib.