...

Ötən il neçə rezidenturanı bitirmiş şəxs işlə təmin edilib? - AÇIQLANDI

Cəmiyyət Materials 14 Mart 2025 11:14 (UTC +04:00)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

2024-cü ildə rezidenturanı bitirmiş 300 nəfər Bakı şəhərində və regionlardakı tibb müəssisələrində işlə təmin olunub.

Trend xəbər verir ki, bu barədə məlumat Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda öz əksini tapıb.

Qeyd edilib ki, 2023/2024-cü tədris ilində Azərbaycan Tibb Universitetini 1150 nəfər (onlardan 376 əcnəbi), tibb kolleclərini 2711 nəfər bitirib.

“2024/2025-ci tədris ilində Azərbaycan Tibb Universitetinə əsas (baza ali) tibb təhsili, bakalavriat və magistratura səviyyələri üzrə 1099 tələbə, tibb kolleclərinə subbakalavriat səviyyəsi üzrə 3503 tələbə qəbul olunub, 1 nömrəli Bakı Tibb Kollecində orta ixtisas tibb təhsili üzrə yeni "Optometriya" ixtisasına və gözdən əlillərlə bərabər digər şəxslər üçün "Müalicə masajı" ixtisasına tələbə qəbulu aparılıbvə tədrisə başlanılıb.

Nazirliyin tabeliyində olan ali təhsil və elmi müəssisələrə tibb üzrə fəlsəfə doktoru proqramı hazırlığı üzrə doktoranturaya 52 nəfər (5-i əyani və 47-si qiyabi) və dissertanturaya 6 nəfər, orta tibb işçisi vəzifələrinə isə 244 nəfər işə qəbul olunub”,- deyə məlumatda qeyd edilib.

Xəbər lenti

Xəbər lenti