...

Tələbə qızların təhsilinə dəstək məqsədi ilə hansı işlər görülüb?

Cəmiyyət Materials 14 Mart 2025 11:12 (UTC +04:00)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Təhsilin İnkişafı Fondu hesabat ilində "Hənifə Məlikova - Zərdabi adına qızların təhsilinə dəstək” təqaüd proqramı (ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan, aztəminatlı ailələrdən və həssas qruplardan olan 131 tələbə qızlar təhsil müddəti ərzində aylıq 200 manat məbləğində təqaüd ilə təmin olunur), "Parla” təqaüd və inkişaf proqramı (2024-cü ilin yanvar ayından etibarən 50 nəfər qıza aylıq 200 manat məbləğində təqaüd verilir), "Zərif mühəndislər" təqaüd proqramı və "Maya Hacıyeva adına İKT bacarıqları" (15-40 yaş aralığında 30 nəfər qadına təqaüd verilir) təqaüd proqramını həyata keçirib.

Trend xəbər verir ki, bu barədə məlumat Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda öz əksini tapıb.

Bildirilib ki, "Maarifçi" tələbə-məzun təcrübə Proqramı. Təhsilin İnkişafı Fondu ilə birgə həyata keçirilən | "Maarifçi" Proqramında 2 min nəfər iştirak edib, 690 nəfər test mərhələsinə, 105 nəfər müsahibə mərhələsinə buraxılıb, 27 nəfər iştirakçı hüququ qazanıb, 12 nəfər iştirakçı Nazirliyin müxtəlif struktur bölmələrində fəaliyyətə başlayıb. II "Maarifçi" Proqramına 2,7 min nəfər cəlb olunub, 1613 nəfər test mərhələsinə, 277 nəfər müsahibə mərhələsinə buraxılıb, 46 nəfər iştirakçı hüququ qazanıb, 37 nəfər Proqrama qəbul olunub.

Xəbər lenti

Xəbər lenti