...

Azərbaycanda bank sektorunun xarici borcu ötən il 619 milyon dollar olub

İqtisadiyyat Materials 14 Mart 2025 11:31 (UTC +04:00)
Azərbaycanda bank sektorunun xarici borcu ötən il 619 milyon dollar olub
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il Azərbaycanda bank sektorunun müddətli xarici borcu 23,3% artaraq 619 milyon ABŞ dolları təşkil edib.

Trend bu barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabata istinadən xəbər verir.

Məlumata görə, ötən ilin sonuna bankların cəmi öhdəliklərinin 2,%-ni xarici borc təşkil edib. Əvvəlki ilin sonunda bu göstərici 2% idi.

Qeyd edək ki, ötən ilin sonuna fəaliyyətdə olan bankların cəmi aktivləri 53 milyard manat, cəmi öhdəlikləri 46,4 milyard manat , balans kapitalı 6,6 milyard manat olub. 2024-cü il ərzində bankların cəmi aktivləri, cəmi öhdəlikləri və balans kapitalı müvafiq olaraq 7.8%, 7.6% və 9.2% artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti