...

Naxçıvanda xeyli sayda sursat tapılıb (FOTO)

Hadisə Materials 14 Mart 2025 11:44 (UTC +04:00)
Naxçıvanda xeyli sayda sursat tapılıb (FOTO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə polis əməkdaşları tərəfindən müxtəlif vaxtlarda Naxçıvan şəhər Xətai məhəlləsi, Ordubad rayonunun Kotan və Xanağa kəndləri, Kəngərli rayonunun Yeni Kərki kəndi və “Sement zavodu” adlanan ərazilərində hərbi sursatların aşkar edilməsi barədə daxil olan məlumatlar əsasında Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin pirotexnikləri hadisə yerlərinə cəlb edilib.

Trend xəbər verir ki, hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerlərinə baxış zamanı aşkar edilmiş sursatların ümumilikdə 2 ədəd F-1 əl qumbarası, 2 ədəd UZRQM partladıcısı, 1 ədəd 120 mm-lik top mərmisi, 3 ədəd 40 mm-lik RPQ-7V qumbaraatan mərmisi, 4 ədəd RPQ-7 qumbaraatanın aparıcı qüvvəsi və təlim üçün nəzərdə tutulmuş 1 ədəd RQD-5 olduğu müəyyən edilib.

Sursatlar pirotexniklər tərəfindən zərərsizləşdirilməsi üçün götürülərək kənarlaşdırılıb.

Əlavə axtarışlar zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti