...

Arazboyu Dövlət Təbiət Yasaqlığının xəritəsi hazırlanıb

Cəmiyyət Materials 14 Mart 2025 11:08 (UTC +04:00)
Arazboyu Dövlət Təbiət Yasaqlığının xəritəsi hazırlanıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Hesabat dövründə bioloji müxtəlifliyin növ tərkibinin izlənilməsi məqsədilə Qaragöl Dövlət Təbiət Qoruğunun ərazisində monitorinqlər həyata keçirilib.

Trend xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatında qeyd edilib.

Məlumata görə, monitorinqlər zamanı Qaragöl gölünün suyunun tərkibinin müəyyən edilməsi üçün su və torpaq nümunələri götürülmüş, eyni zamanda bioloji müxtəlifliyin növ tərkibinin izlənilməsi məqsədilə ərazidə müşahidələr aparılmış, Zəngilan rayonu ərazisində yerləşən Arazboyu Dövlət Təbiət Yasaqlığının ərazi xəritəsi hazırlanıb.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 8 iyun tarixli 306s nömrəli Sərəncamı ilə Qarabağ iqtisadi rayonuna daxil olan Şuşa və Xocalı rayonlarının inzibati ərazilərində 450,0 ha sahədə yerləşən Daşaltı Dövlət Təbiət Yasaqlığının fəaliyyəti bərpa edilib

Məqalədə:
Xəbər lenti

Xəbər lenti