Bakı. Trend:
Hesabat ilində daxili işlər orqanları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə qanunsuz dövriyyədən 2023-cü illə müqayisədə 250 kiloqram çox, yəni 4 ton 714 kiloqram narkotik vasitə çıxarılıb.
Trend xəbər verir ki, bu barədə məlumat Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda öz əksini tapıb.
Hesabatda bildirilib ki, ümumi çəkisi 436 ton 266 kiloqram olan narkotik tərkibli bitki yaşıl kütlə halında məhv edilib, 245 nəfərdən ibarət 108 cinayətkar qrup və dəstə zərərsizləşdirilib.
İqtisadi fəaliyyət sahəsinə aid cinayətkar qəsdlərə qarşı aparılan mübarizə tədbirləri ilə qeyri-leqal dövriyyədən müxtəlif nominalda 839 ədəd saxta əskinas, habelə istifadə müddəti ötmüş 5.7 min ton yeyinti məhsulu və tikinti materialı çıxarılıb.