...

Ötən il fövqəladə halların nəticələrinin aradan qaldırılması üçün FHN-ə 20 milyon manatadək vəsait ayrılıb

Cəmiyyət Materials 14 Mart 2025 11:15 (UTC +04:00)
Ötən il fövqəladə halların nəticələrinin aradan qaldırılması üçün FHN-ə 20 milyon manatadək vəsait ayrılıb
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

2024-cü ilin dövlət büdcəsində fövqəladə halların nəticələrinin aradan qaldırılması ilə bağlı Fövqəladə Hallar Nazirliyinə nəzərdə tutulan 20 mln. manat məbləğində vəsaitdən 19977,3 min manatının maliyyələşdirilməsi təmin edilib.

Trend xəbər verir ki, bu barədə məlumat Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda öz əksini tapıb.

Hesabatda bildirilib ki, tikinti işləri zamanı pozuntuların qarşısının vaxtında alınması və aradan qaldırılması üçün 20 tikinti obyektinə göstəriş, 1,3 min tikinti obyektinə tikinti işlərinin dayandırılması və 62 tikinti obyektinə obyektin sökülməsi barədə qərarlar verilib.

Şəhərsalma və tikinti fəaliyyəti sahəsində qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar 267 inzibati xəta haqqında protokol tərtib edilib.

Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinə 3,4 min layihə sənədi daxil olub, 2,1 min ekspertiza rəyi hazırlanıb, düzəliş olunması üçün 515 layihə iradlarla sifarişçilərə qaytarılıb.

İşğaldan azad edilmiş ərazilərdən 526 layihə sənədi daxil olub, onlardan 222 layihə sənədinə müsbət, 9 layihə sənədinə mənfi rəy hazırlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti