Bakı. Trend:
Hesabat dövründə dövlət tibb müəssisələrinə 5236.4 min nəfər şəxs 24 milyondan çox müraciət edib, başqa sözlə ölkə əhalisinin 50%-dən çoxu icbari tibbi sığortadan yararlanıb.
Trend xəbər verir ki, bu barədə məlumat Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda öz əksini tapıb.
Qeyd edilib ki, müraciətlərin 56%-i rayonların, 44%-i isə Bakı şəhərinin payına düşüb.
“Dövlət tibb müəssisələrinin əhaliyə göstərdiyi xidmətlərin sayı 83656,5 min təşkil edib. Tibbi xidmətlərin 87%-i ambulator, 13%-i isə stasionar şəraitdə göstərilib”,- deyə məlumatda bildirilib.