Bakı. Trend:
Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.
Trend xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Havanın temperaturu gecə +8 dərəcəsn +13 dərəcəyədək, gündüz +23 dərəcədən +28 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 753 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 45-50% olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə +8 dərəcədən +13 dərəcəyədək, gündüz +26 dərəcədən +31 dərəcəyədək, dağlarda gecə +5 dərəcədən +10 dərəcəyədək, gündüz +20 dərəcədən 25 dərəcəyədək olacaq