...

Ümummilli lider Heydər Əliyev həmişə türkmanların Azərbaycanla olan tarixi bağlarına xüsusi önəm verirdi - Aygün Əliyeva

Cəmiyyət Materials 18 Mart 2025 10:47 (UTC +04:00)
Ümummilli lider Heydər Əliyev həmişə türkmanların Azərbaycanla olan tarixi bağlarına xüsusi önəm verirdi - Aygün Əliyeva
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Ümummilli lider Heydər Əliyev həmişə Türkmanların Azərbaycanla olan tarixi bağlarına xüsusi önəm verirdi.

Trend xəbər verir ki, bunu bu gün Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin xətti ilə "Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi" adlı forumda Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva deyib.

"Onun "Türkmanlar və Azərbaycan - bir bütövün parçalarıdır" fikri türkman icmalarının Azərbaycanla olan qırılmaz bağlarını bir daha vurğulayır. Dünyanın müxtəlif ölkələrində-İraq, Türkiyə, Suriya, İordaniya, Livan, Əfqanıstan və s. yaşayan türkmanlar bir ağacın budaqlarıdır.

Fərqli coğrafiyalarda, fərqli talelelərini yaşasalar belə bu insanlar eyni mədəni, tarixi dəyərlərin daşıyıcılarıdır. Türkmanların yaşadıqları ölkələrin ərazi bütövlüyü və suverenliyi türkman bacı və qardaşlarımızın da xoşbəxtliyi və səadəti, təhlükəsizliyi deməkdir. Bəzən deyirlər ki, “Gözdən uzaq olanda, könüldən də uzaq olur”.

Lakin bu layihə çərçivəsində, xüsusilə işğaldan azad olunmuş ərazilərə səfərlər zamanı bir daha əmin olduq ki, məsafələr və zaman əsl sevgini azaltmır, əksinə daha da alovlandırır. Bizim könüllərimiz hər zaman bir olub, indi isə xəyallarımız, arzularımız gerçəkləşir", - o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti