...

Bakının Sabunçu rayonunda narkotik maddə müsadirə edilib

Cəmiyyət Materials 23 Mart 2025 22:17 (UTC +04:00)
Bakının Sabunçu rayonunda narkotik maddə müsadirə edilib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bakının Sabunçu rayonunda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməliyyat aparatının və Daxili İşlər Nazirliyinin birgə əməliyyatı nəticəsində yarımkilodan çox narkotik maddə aşkar edilib.

Trend xəbər verir ki, bu barədə hər iki dövlət qurumunun birgə məlumatında bildirilir.

Əməliyyat-axtarış tədbiri çərçivəsində Ağayev Dilavər Məhərrəm oğluna məxsus 528,025 qram heroin, 31,48 qram qurudulmuş marixuana və 317,322 qram metamfetamin Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Şəfai küçəsi 210 ünvanında aşkar edilib və götürülüb.

Faktla bağlı araşdırmalar davam edir.

Xəbər lenti

Xəbər lenti