Bakı. Trend:
Azərbaycanın bütün məscidlərində Martın 30-da Ramazan bayramı münasibətilə bayram namazları qılınacaq.
Trend xəbər verir ki, bu barədə məlumat Şeyxülislam Allahşükür Paşazadənin Ramazan bayramı təbrikində qeyd edilib.
Bildirilib ki, Bakıda Əjdərbəy məscidində bayram namazının vaxtı saat 08.00, Təzəpir məscidində 09.00-a təyin edilib.
"Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının verdiyi məlumata görə, bu il Şəvval ayının 1-i Ramazan bayramı, Miladi təqvimlə martın 30-na təsadüf edir. Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günü - Bayram axşamı şam namazından sonradır. Qazılar Şurasının Fətvasına görə adambaşına 10-15 manat fitrə zəkatının verilməsi tövsiyə olunur",- deyə məlumatda qeyd edilib.