...

Bu ilin ilk Günəş tutulması olub (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 29 Mart 2025 16:50 (UTC +04:00)
Bu ilin ilk Günəş tutulması olub (ƏLAVƏ OLUNUB)
Gülnarə Kərimova
Gülnarə Kərimova
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ilin ilk Günəş tutulması başa çatıb.

Trend xəbər verir ki, tutulma hadisəsi bu gün Bakı vaxtı ilə saat 12:50:35-də başlayıb və 16:43:25-də sona çatıb.

Qeyd edək ki, tutulma hadisəsi 3 saat 52 dəqiqə 50 saniyə davam edib.

Təbiət hadisəsi Rusiyanın şimalı, Avropa, Şimal-Qərbi Afrika və Atlantik okeanın əhatə edib.

xxx

12:56

Martın 29-da bu ilin ilk Günəş tutulması başlayıb. Bu, qismən Günəş tutulmasıdır.

Trend Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasına istinadən xəbər verir ki, tutulma martın 29-u saat 12:50:35-də başlayıb, saat 16:43:25-də sona çatacaq. Tutulma hadisəsi 3 saat 52 dəqiqə 50 saniyə davam edəcək. Tutulmanın maksimumu saat 14:48:36-da olacaq. Qismən tutulma Rusiyanın şimalından, Avropadan, Şimal-Qərbi Afrikadan və Atlantik okeanından görünür.

Tutulma hadisəsi Azərbaycan ərazisində müşahidə olunmur.

Bu, adi astronomik hadisədir və insanlar, ümumiyyətlə, canlılar üçün heç bir təhlükə törətmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti