...

Vərəsənin mirasın siyahıya alınmasını tələb etməsinə dair qaydalar dəyişir

Cəmiyyət Materials 19 May 2025 11:00 (UTC +04:00)
Vərəsənin mirasın siyahıya alınmasını tələb etməsinə dair qaydalar dəyişir
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Vərəsənin mirasın siyahıya alınmasını tələb etməsinə dair qaydalar dəyişir.

Trend xəbər verir ki, bu məsələ Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan Mülki Məcəlləyə dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Mövcud qanunvericiliyə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər.

Təklif edilən dəyişikliyə əsasən, vərəsə mirasın qəbulundan imtina üçün yuxarıdakı müddət bitənədək notarius tərəfindən mirasın siyahıya alınmasını tələb edə biləcək.

Mirasın siyahıya alınması barədə vərəsənin notariusa müraciət etdiyi andan mirasın qəbulundan imtina üçün müəyyən edilmiş müddətin axımı dayandırılacaq. Mirasın notarius tərəfindən siyahıya alındığı (siyahıya alınacaq əmlakın olmadığı hallarda isə vərəsənin müraciətinin cavablandırıldığı) andan mirasın qəbulundan imtina üçün müəyyən edilmiş müddətin axımı bərpa ediləcək.

Notarius tərəfindən mirasın siyahıya alınması bu barədə müraciətin daxil olduğu gündən iki ay ərzində “Notariat haqqında” Qanunla müəyyən edilmiş qaydada həyata keçiriləcək.

Mövcud qanunvericiliyə əsasən, vərəsə mirasın siyahıya alınmasını tələb edə bilər. Bunun üçün iki aylıq müddət verilir və bu müddət mirasın qəbulu üçün ümumi müddətə daxil olur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti