...

Şuşada yaşayış binaları ilə bağlı növbəti LAYİHƏ - 20 milyon manat sərf olunacaq

Cəmiyyət Materials 21 May 2025 19:11 (UTC +04:00)
Şuşada yaşayış binaları ilə bağlı növbəti LAYİHƏ - 20 milyon manat sərf olunacaq
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Şuşa şəhərində bərpa, yenidənqurma və quruculuq işləri uğurla həyata keçirilməkdədir.

Trend-in məlumatına görə, Türk dünyasının mədəniyyət paytaxtı olan Şuşa şəhərinin D-4 massivində 12 binanın tikintisi çərçivəsində (2-ci mərhələ) abadlıq, sahədaxili kommunikasiya, qurğulara aid mallar və xidmətlərin göstərilməsi, eləcə də, 1,2,3,10,11 və 12 nömrəli binalarının tikintisi işləri həyata keçiriləcək.

Belə ki, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsində artıq bununla bağlı müvafiq işlərə start verilib.

Qurum hazırda sözügedən işləri yerinə yetirəcək şirkət axtarışındadır.

Eyni zamanda, qurum görüləcək işlərin 20,6 milyon manata başa gələcəyini proqnozlaşdırıb.

Qeyd edək ki, bir müddət əvvəl Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi D-4 yaşayış massivində (1-ci mərhələ) tikintisi nəzərdə tutulan 4, 5, 6, 7, 8, 9 nömrəli yaşayış binalarının tikintisi ilə bağlı müvafiq işlərə başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti