...

Sabah 41 dərəcə isti olacaq

Cəmiyyət Materials 4 Avqust 2025 12:28 (UTC +04:00)
Sabah 41 dərəcə isti olacaq
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda avqustun 5-də 41 dərəcəyədək isti gözlənilir.

Bu barədə Trend-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında havanın günəşli keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə +24 dərəcədən +29 dərəcəyədək, gündüz +35 dərəcədən +39 dərəcəyədək, bəzi yerlərdə +40 dərəcəyə yaxın isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80%, gündüz 40-45% təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə +21 dərəcədən +27 dərəcəyədək, gündüz +35 dərəcədən +40 dərəcəyədək, bəzi yerlərdə +41 dərəcəyədək, dağlarda gecə +18 dərəcədən +23 dərəcəyədək, gündüz +29 dərəcədən +34 dərəcəyədək olacaq.

Xəbər lenti

Xəbər lenti