...

QMİ sədri ABŞ Etnik Anlaşma Fondunun prezidenti ilə görüşüb (FOTO)

Siyasət Materials 4 Dekabr 2025 19:31 (UTC +04:00)
QMİ sədri ABŞ Etnik Anlaşma Fondunun prezidenti ilə görüşüb (FOTO)
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Dekabrın 4-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ABŞ Etnik Anlaşma Fondunun prezidenti və təsisçisi Mark Şnayeri və onun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə Trend-ə QMİ-nin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, qonaqları salamlayan Şeyxülislam A. Paşazadə Azərbaycanda mövcud unikal multikultural həyat tərzi haqqında, Prezident İlham Əliyevin səy və təşəbbüsləri sayəsində Azərbaycan dövlətinin beynəlxalq dinlərarası dialoq müstəvisində qabaqcıl rolu, dini mərkəz olaraq Qafqaz Müsəlmanları İdarəsinin dünya miqyasında dinlərarası əməkdaşlıq istiqamətində fəaliyyəti barədə danışıb.

Səmimi şəraitdə keçən görüşdə Azərbaycanda tarixən mövcud olan tolerant mühit, bütün xalqların və dinlərin nümayəndələrinin, o cümlədən yəhudi icmasının ölkəmizdə bir ailə kimi mehribanlıq və əmin-amanlıq şəraitində yaşaması məmnunluqla vurğulanıb. Digər dini və etnik icmaların nümayəndələri ilə yanaşı, yəhudi icmasına dövlət səviyyəsində yaradılan şərait və göstərilən diqqət, qayğı yüksək qiymətləndirilib, yəhudilərin ölkəmizin ictimai həyatında fəal iştirakı qeyd edilib.

QMİ sədri bu yaxınlarda ABŞ-də səfərdə olarkən keçirdiyi yüksək səviyyəli görüşlər, din xadimləri və ictimai liderlərlə ünsiyyətləri zamanı Azərbaycana münasibətdə müsbət tendensiyaların artdığından məmnunluğunu ifadə etmişdir. Şeyxülislam A. Paşazadə ABŞ, Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə Ağ Evdə Ermənistan-Azərbaycan sülh protokolunun imzalanmasının tarixi əhəmiyyət kəsb etdiyini, ölkəmiz və bölgə üçün xeyirlərə vəsilə olacağını qeyd edib.

Şeyxülislam A. Paşazadə ABŞ nümayəndə heyətinin Bakıda və ölkəmizin bölgələrində olarkən müxtəlif dinlərin nümayəndələrinin harmoniyalı həyat tərzini müşahidə etmək imkanına malik olduqlarını vurğulayaraq, Azərbaycandakı müxtəlif etniklər və dinlərin örnək birgəyaşayış həyat tərzindən nümunə götürməyin bütün dünya ölkələri, o cümlədən, ABŞ üçün faydasını xüsusi qeyd edib.

QMİ sədri yarım əsrə yaxın davam edən dostluq və əməkdaşlıq münasibətlərinə malik olduğu Vicdana çağırış Fondunun prezidenti Ravvin Artur Şnayerin adını və Azərbaycana xoş münasibətini xüsusi dəyərləndirərək, onunla ötən aylarda Nyu-Yorkda şəxsən görüşündən bəhs edib. Şeyxülislam A. Paşazadə Ravvin A.Şnayerin Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevlə keçirdiyi görüşləri böyük rəğbətlə yada salıb. Şeyxülislam A. Paşazadə Ravvin A. Şnayerin Azərbaycana tarixi zəfər gətirən Vətən müharibəsindən öncə və sonra hər zaman haqqı və ədaləti dəstəklədiyini vurğulayıb. Bildirib ki, Azərbaycanın dostu olan Artur Şnayerin oğlu Mark Şnayerin də ölkəmizin dostu olmasını yüksək qiymətləndirir.

A. Paşazadə işğaldan azad olunmuş Azərbaycan torpaqlarında hazırda irimiqyaslı yenidənqurma və bərpa işlərinin aparıldığını, Böyük Qayıdışın həyata keçirildiyi haqda qonaqlara məlumat verib.

Dini liderlərin Uca Yaradan qarşısında mənəvi missiyasının sülhə xidmət olduğunu vurğulayan Şeyxülislam A. Paşazadə qeyd edib ki, iki ölkənin siyasi rəhbərlikləri konstruktiv əməkdaşlıq mühitində sülh quruculuğu istiqamətində səy göstərdikləri hazırki vəziyyətdə erməni kilsəsi və erməni diasporası bu prosesi pozmaq üçün var gücü ilə dağıdıcı təbliğat aparır.

ABŞ Etnik Anlaşma Fondunun prezidenti Mark Şnayer Şeyxülislam A. Paşazadəyə qəbul üçün minnətdarlığını bildirib, Azərbaycan dövlətinin və dini liderinin dünya miqyasında mədəniyyətlərarası dialoqun inkişafına verdiyi töhfələrdən danışıb. Azərbaycanın evsahibliyi etdiyi və dünyanın nüfuzlu dini liderlərini mütəmadi bir araya gətirdiyi beynəlxalq forumların əhəmiyyətini vurğulayıb.

Görüşün sonunda Şeyxülislam A. Paşazadə ABŞ nümayəndə heyətinin üzvlərini maraqlandıran sualları cavablandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti