...

AYİB qadın sahibkarlara dəstək məqsədilə Türkiyə bankına iri həcmli kredit ayıracaq

İqtisadiyyat Materials 4 Dekabr 2025 16:10 (UTC +04:00)
AYİB qadın sahibkarlara dəstək məqsədilə Türkiyə bankına iri həcmli kredit ayıracaq
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Türkiyədə qadın sahibkarlara dəstək göstərmək məqsədilə həyata keçirilən “Turkey Women in Business II” (TurWiB II) proqramı çərçivəsində “Akbank T.A.Ş.” bankına 70 milyon ABŞ dollarınadək (60,3 milyon avro) həcmdə kredit ayıracaq.

Trend bu barədə AYİB-ə istinadən məlumat verir.

“Məlumata görə, TurWiB II Türkiyədə qadın sahibkarlığının inkişafına şərait yaradan kompleks proqramdır. AYİB-in maliyyələşdirməsi Türkiyə Kredit Zəmanət Fondu (KGF) və Türkiyənin Maliyyə və Xəzinə Nazirliyinin dəstəyi ilə risklərin bölüşdürülməsi mexanizmi ilə tamamlanacaq. Bu isə qadın sahibkarların, eləcə də ilk dəfə maliyyə müraciəti edən qadınların, o cümlədən iri kommersiya mərkəzlərindən kənarda fəaliyyət göstərənlərin dayanıqlı kreditləşməyə çıxış imkanlarını genişləndirəcək”, – deyə məlumatda bildirilir.

Qeyd olunur ki, maliyyə dəstəyindən əlavə, proqram iştirakçıları məsləhət xidmətləri, mentorluq, təlimlər və biznes inkişafı imkanlarına, o cümlədən yeni bazarlara çıxışa sahib olacaqlar.

AYİB-in məlumatına görə, layihə ölkədə inklüziv və rəqabətədavamlı inkişafı gücləndirməyə, qadın sahibkarların iqtisadiyyatda rolunu artırmağa yönəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti