...

Alimlər çuğundurun inanılmaz faydasını aşkarlayıb

Dünya xəbərləri Materials 4 Dekabr 2025 12:02 (UTC +04:00)
Alimlər çuğundurun inanılmaz faydasını aşkarlayıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çuğundur təkcə damarların və ürəyin sağlamlığı üçün deyil, həm də beyin üçün faydalı ola bilər. Belə bir nəticəyə britaniyalı tədqiqatçılar gəlib.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

“Nutrients” jurnalında dərc olunan bir icmalda britaniyalı tədqiqatçılar onlarla araşdırmanı təhlil edərək belə qənaətə gəliblər ki, çuğundurun tərkibindəki maddələr, xüsusilə nitratlar, betalaınlar və polifenollar - qan dövranına, iltihaba və oksidləşdirici stressə təsir göstərir. Bu isə Alzheimer xəstəliyinin inkişafının qarşısının alınması baxımından mühüm rol oynayır.

Hüceyrə və heyvanlar üzərində aparılan təcrübələrdə çuğundur komponentləri neyronları zədələrdən qoruma qabiliyyətini artırıb, mitoxondrilərin fəaliyyətini yaxşılaşdırıb və iltihabi siqnalların aktivliyini azaldıb.

İnsanların iştirakı ilə aparılan bəzi kiçik tədqiqatlarda isə çuğundur içkiləri koqnitiv pozuntular zamanı ilk zərər görən beyin sahələrinin qan təchizatını yaxşılaşdırıb. Bundan başqa, epidemioloji məlumatlar göstərir ki, daha çox bitki mənşəli nitratlar qəbul edən insanlar yaddaşın sürətli pisləşməsi ilə daha az qarşılaşırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti