...

Həmkəndlisini qətlə yetirməkdə təqsirləndirilən ata və oğula hökm oxunub

Hadisə Materials 4 Dekabr 2025 10:35 (UTC +04:00)
Həmkəndlisini qətlə yetirməkdə təqsirləndirilən ata və oğula hökm oxunub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Həmkəndlisini qətlə yetirməkdə təqsirləndirilən ata və oğulun cinayət işi üzrə məhkəmə yekunlaşıb.

Trend xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən Elşad Abbasov 18 il 6 ay, oğlu Elçin Abbasov isə 15 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Qeyd edək ki, hadisə bu il fevralın 5-də Saatlı rayonunun Şirinbəyli kəndində baş verib. Cinayət işi üzrə təqsirləndirlən Elşad Abbasov və oğlu Elçin Abbasov qonşusu Mirhəsən Seyidovu avtomobildə məftillə boğaraq qəsdən öldürüb. Daha sonra hadisənin gizlətmək məqsədilə meyitin ayağına daş bağlayaraq həmin ərazidəki su kollektoruna atıblar.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə) və 120.2.5-ci (tamah məqsədilə qəsdən adam öldürmə) maddəsi ilə təqsirli biliniblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti