...

Xocavəndin Kiş kəndində 40 ev təmir olunucaq - 2,7 milyon manatlıq LAYİHƏ

İqtisadiyyat Materials 4 Dekabr 2025 11:41 (UTC +04:00)
Xocavəndin Kiş kəndində 40 ev təmir olunucaq - 2,7 milyon manatlıq LAYİHƏ
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın azad edilmiş ərazilərində bərpa-quruculuq işləri mərhələli şəkildə davam etdirilməkdədir.

Trend-in dövlət satınalmalarının vahid internet portalına istinadən məlumatına görə, bu işlərin davamı kimi Xocavənd rayonunun daha bir kəndində evlərin təmirinə başlanılır.

Məlumata əsasən, bu dəfə rayonun Kiş kəndində fərdi yaşayış (40 ev – 7600 m2) evlərinin əsaslı təmir işləri aparılacaq. Belə ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti artıq bununla bağlı müvafiq işləri yekunlaşdırıb.

Qurum sözügedən işlərin icrasını “Fasttech” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb.

Müqaviləyə əsasən, şirkətə 2,656 milyon manat ödənilib.

Beləliklə, bir evin təmiri təqribən 66,4 min manata başa gələcək.

İşlərin həvalə olunduğu MMC 2020-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Axundov Şəmsi Şöhlət oğludur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti