...

Ceyhun Bayramov ATƏT-in Baş katibi ilə Azərbaycan–Ermənistan sülh prosesini müzakirə edib (FOTO)

Siyasət Materials 4 Dekabr 2025 20:04 (UTC +04:00)
Ceyhun Bayramov ATƏT-in Baş katibi ilə Azərbaycan–Ermənistan sülh prosesini müzakirə edib (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Xarici işlər naziri Ceyhun Bayramov Vyanada keçirilən ATƏT-in 32-ci Nazirlər Şurası iclası çərçivəsində ATƏT-in Baş katibi Feridun Sinirlioğlu ilə görüşüb.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım edilib.

Görüşdə tərəflər Azərbaycan–ATƏT ikitərəfli əməkdaşlığının mövcud gündəliyi və perspektivləri, ATƏT-in hazırda üzləşdiyi çağırışlar, regional və beynəlxalq təhlükəsizlik məsələləri, geniş regiondakı vəziyyət, eləcə də Azərbaycan–Ermənistan sülh prosesi barədə fikir mübadiləsi aparıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti