...

Azərbaycan və Böyük Britaniya arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq müzakirə olunub (FOTO)

Cəmiyyət Materials 4 Dekabr 2025 18:15 (UTC +04:00)
Azərbaycan və Böyük Britaniya arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq müzakirə olunub (FOTO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Dekabrın 4-də Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayev ölkəmizdə rəsmi səfərdə olan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Koakerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Trend-ə Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qonaqları salamlayan nazir V.Mustafayev V.Koakerin Azərbaycana səfərinin iki ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın genişlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib. O, Azərbaycanın müdafiə sənayesi sektorunun dayanıqlı inkişaf mərhələsində olduğunu və beynəlxalq tərəfdaşlıqların bu inkişafda mühüm rol oynadığını vurğulayıb.

Nazir Azərbaycanın müdafiə sənayesi sahəsində əldə etdiyi uğurlar, istehsal imkanları, yeni texnologiyaların tətbiqi haqqında geniş məlumat verib. V.Mustafayev, həmçinin Birləşmiş Krallıqla müdafiə sənayesi sahəsində əlaqələrin inkişaf etdirilməsinin qarşılıqlı fayda gətirəcəyinə inandığını diqqətə çatdırıb.

V.Koaker isə səmimi görüşə və qonaqpərvərliyə görə təşəkkürünü bildirib. O, Azərbaycanın regional sabitlik və təhlükəsizlik sahəsində oynadığı rolu yüksək qiymətləndirib və Birləşmiş Krallığın müdafiə sənayesi də daxil olmaqla müxtəlif sahələrdə Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu vurğulayıb.

Qonaq Azərbaycanın müdafiə sənayesində əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirərək, iki ölkə arasında tərəfdaşlığın dərinləşdirilməsi üçün geniş potensialın olduğunu qeyd edib.

Səmimi və konsturuktiv şəraitdə keçən görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti