...

Azərbaycanda asfalt və beton istehsalının həcmi məlum olub

İqtisadiyyat Materials 4 Dekabr 2025 17:25 (UTC +04:00)
Azərbaycanda asfalt və beton istehsalının həcmi məlum olub
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 126,6 min ton asfalt istehsal edilib.

Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, əvvəlki ilin eyni dövrü ilə müqayisədə ölkədə asfalt istehsalı 50,6 min ton və ya 66,6% artıb.

Eyni zamanda cari ilin yanvar-oktyabr aylarında Azərbaycanda 3,837 milyon ton beton istehsal edilib. Bu isə 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 358 min ton və ya 8,5% azdır.

Qeyd edək ki, Azərbaycanda tikinti materiallarının istehsalı sahəsində 2025-сi ilin yanvar-oktyabr aylarında istehsalın ümumi dəyəri 1,181 milyard manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,3 faiz azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti