...

AYİB Gürcüstanda ən iri günəş elektrik stansiyasının tikintisini maliyyələşdirəcək

İqtisadiyyat Materials 4 Dekabr 2025 11:38 (UTC +04:00)
AYİB Gürcüstanda ən iri günəş elektrik stansiyasının tikintisini maliyyələşdirəcək
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Gürcüstanın Marneuli şəhərində 73 MVt gücündə günəş elektrik stansiyasının tikintisi və inkişafı üçün ITEC LLC (International Turbine Engine Company) şirkətinə 25,5 milyon ABŞ dolları (22,1 milyon avro) məbləğində kredit ayrılmasını təsdiqləyib.

Trend bu haqda AYİB-ə istinadən xəbər verir.

Bildirilir ki, layihənin ümumi dəyəri 34,9 milyon dollardır.

“Müəssisə ölkədə sənaye miqyaslı ən böyük günəş elektrik stansiyasının yaradılmasını nəzərdə tutur ki, bu da bərpa olunan enerji mənbələrinin genişləndirilməsi istiqamətində mühüm addım olacaq. Yeni stansiya Gürcüstanın milli enerji sisteminə 73 MVt həcmində günəş gücü əlavə etməyə imkan verəcək, enerji balansının şaxələndirilməsinə dəstək verəcək və mövcud hidroelektrik generasiyaları tamamlayacaq.

Gözlənilir ki, stansiya ildə təxminən 91,1 milyon kVt/s elektrik enerjisi istehsal edəcək ki, bu da karbon qazı emissiyalarının hər il təxminən 21 077 ton azalmasına şərait yaradacaq”, – məlumatda qeyd olunur.

Vurğulanır ki, layihə AYİB-in müəyyən etdiyi keçidin iki istiqamətini eyni zamanda dəstəkləyir:

Rəqabətli keçid – enerji bazarında özəl sektorun inkişafına və rəqabətin güclənməsinə töhfə verir;

“Yaşıl” keçid – iqlim dayanıqlığına və emissiyaların azaldılmasına əhəmiyyətli töhfə verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti