Bakı. Trend:
ABŞ administrasiyasından daxil olan hədələr fonunda Venesuela Silahlı Qüvvələri ölkənin bütün ərazisində döyüş hazırlığı vəziyyətində mövqe tutub.
Trend xəbər verir ki, bunu Prezident Nikolas Maduro bəyan edib.
Dövlət başçısı xatırladıb ki, ABŞ-dan gələn təhdidlər səbəbi ilə artıq beş aydır polis bölmələrinin iştirakı ilə “Müstəqillik 200” adlı genişmiqyaslı təlimlər həyata keçirilir.
Maduro Vaşinqtonun Venesuelaya qarşı atdığı addımları pisləyərək onların ölkənin suverenliyinə yönəlmiş qəbuledilməz təzyiqlər olduğunu vurğulayıb.