...

Böyük Britaniya Azərbaycanla artan müdafiə əlaqələrindən qürur duyur - Ferqus Auld

Siyasət Materials 4 Dekabr 2025 12:45 (UTC +04:00)
Böyük Britaniya Azərbaycanla artan müdafiə əlaqələrindən qürur duyur - Ferqus Auld
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld Prezident İlham Əliyevin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Koakeri qəbul etməsi barədə paylaşım edib.

Trend xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkə hesabında qeyd edib.

Səfir müdafiənin strateji tərəfdaşlığın əsas sütunu olduğunu vurğulayıb:

"Lord Vernon Koakerlə birlikdə Prezident İlham Əliyevlə görüşməkdən və müdafiə sahəsində gələcək imkanları müzakirə etməkdən məmnun oldum. Böyük Britaniya il ərzində əldə edilmiş irəliləyişi alqışlayır və Azərbaycanla artan müdafiə əlaqələrindən qürur duyur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti