...

Xırdalanda mağazadan 7000 manatlıq məhsulu hissə-hissə oğurlayan şəxs saxlanıldı

Cəmiyyət Materials 24 Yanvar 2026 10:07 (UTC +04:00)
Xırdalanda mağazadan 7000 manatlıq məhsulu hissə-hissə oğurlayan şəxs saxlanıldı
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Abşeron rayonunun Xırdalan şəhərində talama cinayəti baş verib. Zərərçəkən polisə müraciət edərək işlədiyi mağazadan 7000 manatlıq məhsulun oğurlandığını bildirib.

Trend xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilir ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlə 46 yaşlı A.Məmmədov əməli törətməkdə şübhəli bilinərək saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxs mağzadan oğurluqları 3 ay ərzində hissə-hissə törədib.

Rayon ərazisində keçirilən digər tədbirlər nəticəsində isə evlərdən təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən 25 yaşlı K.Şıxəliyev və 44 yaşlı Y.Əliyev müəyyən olunaraq saxlanılıblar.

Faktlar üzrə araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti