...

Uşaq problemlərinin çevik həlli üçün məlumat bankı yaradılacaq

Cəmiyyət Materials 28 Yanvar 2026 11:02 (UTC +04:00)
Uşaq problemlərinin çevik həlli üçün məlumat bankı yaradılacaq
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti məlumat bankı yaradılacaq.

Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirə olunan “Uşaq hüquqları haqqında” qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, dövlət uşaq hüquq və azadlıqlarının təmin edilməsi, o cümlədən uşaqlara qarşı ayrı-seçkilik və zorakılıq halları, onların səbəb və nəticələri, bu halları törədən və məsuliyyətə cəlb edilən şəxslər, uşaq hüquqlarının pozulmasının qarşısının alınması və müdafiə tədbirlərinin səmərəliliyi ilə bağlı məlumatların toplanılmasını və təhlilini həyata keçirəcək və bu barədə ictimaiyyətin məlumatlandırılmasını təmin edəcək.

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti və dövlət orqanları (qurumları) tərəfindən uşaq problemlərinin əlaqəli şəkildə çevik həllinin təşkili məqsədilə uşaq hüquqlarının həyata keçirilməsinə dair məlumat bankı yaradılacaq.

Uşaq hüquqlarının həyata keçirilməsinə dair məlumat bankı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təşkil və idarə ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti