...

ZAUR TAĞIZADƏ "ANDERLEXT" İLƏ GÖRÜŞDƏ İŞTİRAK EDƏCƏK

Cəmiyyət Materials 2 Avqust 2005 15:54 (UTC +04:00)

"Neftçi" nin hücumda olan yarımmüdafiəçisi, oyunda iştirakdan məhrum edilmiş Zaur Tağızadə çempionlar Liqasının ikinci mərhələsində avqustun 3-də T.Bəhramov adına Respublika stadionunda "Anderlext"ə qarşı keçiriləəck cavab matçında oynayacaq.

Trend agentliyi bildirir ki, futbolçu Bryusseldə keçirilən turniri buraxıb, belə ki, İslandiyanın "Xafnarfordur" u ilə keçirilən ötən iki oyunda iki sarı vərəqə alıb. Amma indi Z.Tağızadə öz klub yoldaşlarına kömək edə biləcək.Çempionlar Liqasında mübarizəni davam etdirmək üçün "Neftçi" doğma stadionda qeyri-real olsa da beş topun əvəzini çıxmalıdır.

Eyni zamanda bakılılara UEFA-dan üç oyunda iştirak etməkdən məhrum edilmiş müdafiəçi Aleksandr Çertoqanov və zədə almış forvard Georgi Adamiya kömək edə bilməyəcək.

Xəbər lenti

Xəbər lenti