...

"ÇAĞ ÖYRƏTİM İŞLƏTMƏLƏRİ" TƏHSİL MÜƏSSİSƏSİNİN FƏRQLƏNƏN MƏZUNLARININ MÜKAFATLANDIRILMASI MƏRASİMİ KEÇİRİLİB

Cəmiyyət Materials 29 Avqust 2005 18:12 (UTC +04:00)

"Çağ Öyrətim İşlətmələri" (ÇÖİ) təhsil müəssisəsinin fərqlənən məzunlarının mükafıatlandırılması mərasimi avqustun 29-da Bakıda təhsil naziri Misir Mərdanovun iştirakı ilə keçirilib.

Trend in məlumatına görə, mərasimin gedişində 2004/2005-ci tədris ilində özəl Azərbaycan-Türkiyə litseyi ÇÖİ-nin 277 məzunu ölkənin ali məktəblərinə qəbul imtahanlarını uğurla verib, Daha 108 məzun xaricdəki ali məktəblərə qəbul olunub. Məzunlardan 44-ü 600-dən yuxarı bal toplayıb, 8 nəfər prezident təqaüdçüsü olub.

"Araz" hazırlıq kursları da böyük müvəffəqiyyət əldə edib. Belə ki, həmin kurslarda oxuyan 845 nəfərdən 769 -u respublikanın müxtəlif ali məktəblərinə daxil olub.

Nəticədə "Araz" kurslarının "uğur əmsalı" 91 faiz təşkil edib. Kursların 57 məzunu qəbul imtahanlarında 600-dən artıq bal toplayıb. Onlardan 16 nəfəri prezident təqaüdçüsü olub.

ÇÖİ-nin nümayəndəsinin sözlərinə görə, Azərbaycanda qəbul imtahanlarında 600-dən artıq bal toplamış hər on abituriyentdən biri "Çağ Öyrətim İşlətmələri"nin məzunudur.

Mərasim iştirakçılarına videokadrlar, eləcə də ÇÖŞ şəbəkəsinə daxil olan "Qafqaz" universitetinin fəaliyyəti barədə hərtərəfli məlumat təqdim olunub.

Sonda ÇÖİ-nin fərqlənən məzunlarının mükafatlanma mərasimi keçirilib. Pul mükafatları Azərbaycan Təhsil Nazirliyinin vəzifəli şəxslərinin iştirakı ilə təqdim olunub.

Xəbər lenti

Xəbər lenti