...

İSRAİL TELEVİZİYASI AZƏRBAYCAN HAQQINDA TELEVİZİYA FİLMİ ÇƏKƏCƏK

Cəmiyyət Materials 7 Sentyabr 2005 13:16 (UTC +04:00)

Məşhur prodyuser Eytan Orenin rəhbərlik etdiyi İsrailin 1-ci dövlət televiziya kanalının çəkiliş qrupu Azərbaycan haqqında t5eleviziya filmi çəkmək məqsədilə Bakıya gələcək. Bu barədə Trend ə İsrailin Bakıdakı səfirliyinin mətbuat xidmətindən məlumat veriblər.

3 nəfərdən ibarət qrup sentyabrın 17-nə kimi Bakıya gələcək və Bakı ilə yanaşı Şəki, Cəlilabad rayonlarında, eləcə də Qırmızı qəsəbədə (Quba rayonu) və Lahıcda (İsmayıllı rayonu) çəkilişlər aparacaqlar.

"1 saat davam edəcək film Azərbaycanda İsrail cəmiyyətini yəhudi icmasına göstərilən tolerant münasibət barədə məlumatlandırmaqdan, eyni zamanda, respublikanın malik olduğu turizm potensialını reklam etməkdən ibarətdir", -deyə səfirlikdən bildiriblər. Səfirliyin nümayəndəsinin sözlərinə görə, filmə Azərbaycanın bəzi rəhbər şəxslərindən götürülən müsahibələr də daxil olunacaq.

Xəbər lenti

Xəbər lenti